Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Cənab Prezident Səmərqənd sammitində bildirdi ki, Zəngəzur yolu açılandan sonra dünya dövlətləri ilə əlaqə daha da möhkəmlənəcək

0

  •      Dünyaya gözəl Qarabağı ilə səs salan  doğma  Azərbaycanım. 30  il məğrur  xalqın əzab çəkdi, hər şeyə sinə gərdi.     Nəhayət  30  il  sonr  2020-ci  ildə  44  günlük  müharibə  apararaq  düşmən  işğalına  son  qoydu.  Şanlı  Ordumuz  qızıl  Qarabağımızı  erməni  vandallarından  azad  etdi.  Dağıdılan,  viran  edilən  yerlərdə  dinc  quruculuq  işlərinə  başladıq.  Yollar  çəkildi,  elektrik  xəttləri  bərpa  olundu.  Su  kəmərləri  yenindən  quruldu.  Şuşamız  mədəniyyət  paytaxtına  çevrildi.  Ağalı  kəndinin  sakinləri  doğma  yurdlarına  qovuşdular,  əkin-biçin  işlərinə  başladılar.  Görülən  işlər  o  qədər  ürəkaçandır  ki,  yazdıqca  qurtaran  deyil.  Laçın  şəhəri,  Zabux  kəndi  azad  olundu.  Ancaq  erməni  vandalizmi  yenə  davam  edir.  Hər  yana  “gizli  düşmənin”  basdırılması,  evlərin  sökülüb-yandırılması,  sevmədiyimiz  heyvanın  qanı  ilə  evlərin  çirkləndirilməsi  erməni  barbarlığının  hələ  sona  yetmədiyini  bir  daha  sübut  edir.  Onlar  elə  hərəkət  edir  ki,  guya  bu  torpaq  neçə  əsrlərdir  ki,  onların  imi..  Ancaq  bu  bizi  qorxudan  deyil.  Ali  Baş  Komandanımız  demişkən,  hələ  “Dəmir  yumruq”  yerindədir.  II  Qarabağ  müharibəsindən  dərs  almayan  ermənilərə  hələ  çox  dərs  vermək  lazımdır.    Sentyabrın  12-13-də  sərhədlərimizdə  törədilinən  erməni  vəhşiliyi  ordumuz  tərəfindən  cavablandırıldı.  Düzdür,  igid  oğullarımız  şəhid  oldu,  ancaq  onların  qisası  layiqincə  alındı.    Prezindentimiz  sentiyabrın  16-da  Özbəkistanın  Səmərqənd  şəhərində  keçirilən  Şanxay  Əməkdaşlıq  Təşkilatına  üzv  ölkələrin  Sammitində  iştirak  etdi.  Burada  Rusiya,  Azərbaycan,  Belarus,  İran,  Pakistan,  Türkiyə  və  başqa  dövlətlərin  rəhbərləri  iştirak  edirdi.  Sammitdə  əsas  2  məsələ  qoyulmuşdu:   regionda  sülhün  təmin  olunması,  nəqliyyat-kommunikasiya  əlaqələrinin  qurulması.  Burada  Zəngəzur  dəhlizi  barədə  danışıldı.  Möhtərəm  Prezidentimiz  Sammitdə  çıxış  etdi.  Son  dövrlərdə  ölkəmizdə  çəkilən  dəmir  yolları,  tikilən  hava  limanları  barədə  məlumat  verdi.  O,  ölkəmizdə  52  gəmi  ilə  görülən  əlaqələrdən  danışdı.  Bildirildi  ki,  Zəngəzur  yolu  açılandan  sonra  dünya  dövlətləri  ilə  əlaqə  daha  da  möhkəmlənəcək.  Son  vaxtlar  ölkəmizdə  ermənilərin  törətdiyi  təxribat  barədə də  danışdı.  Bildirdi  ki,  1993-cü  ildə  BMT-nin  sülh  barədə  qətnaməsində  qeyd  olunan  məsələləri  dövlətimiz  özü  həyata  keçirdi.  Ermənistan  hər  dəfə  sülh  danışıqlarını  pozmağa  çalışır.  Ölkəmiz  Ermənistana sülh  barədə  beş  əsas  prinsip  təklif  edib.  Ancaq  onlar  yenədə  təxribat  törədir,  sülh  danışıqlarını  pozular.  Sentyabrın  12-13-də  sərhəd  xəttində  törədilən  təxribatın  qarşısını  aldıq.  Bu  olan  hadisələrə  görə  Ermənistan  dövləti  özü  cavab  verəcək.  Qoşulmama  hərəkatına  ölkəmizin  rəhbərliyinin  2023-cü  ilə  qədər  uzadılmasının  da  ölkəmizə  olan  hörmətdən  irəli  gəldiyini  söylədi.  Möhtərəm  Prezidentimiz  nəqliyyat-kommunikasiya  əlaqələrinin  inkişaf  etdirəcəyini  bildirdi.  Sammitdə Smərqənd  bəyənnaməsi  qəbul  edildi.  Burda  İştirak  edən  Terkiyə  Prezidenti  R.T.Ərdoğan  Ermənistana  çağırış  etdi,  onları  sülhə  çağırdı.  Bu  sammit  ölkələrin  gələcək  xoşbəxtliyinə  bir  yol  idi.  Belə  bir  hörmətə  layiq  olduğumuz  halda  Ermənistan  yeni  bir  yola  əl  atdı.  ABŞ-nın  Konqresinin  Nümayəndələr  Palatasının  spikeri  N.Pellosi  Ermənistana- doğmalarının  harayına  yetişdi “Ağbirçək  xanım”  ölkəmizə  qarşı  ləyaqətsiz  iftiralara  atdı.  Neçə  illər  bundan  əvvəl  baş  verən  soyqırım  qurbanlarına  “timsah  göz  yaşları”  tökdü.  Guya  ki,  onun  əzizləri  ölüb.  Öz  şəxsi  maraqlarını  güdən  Pellosi,  əvvəllər  sən  harada  idin,  indi  ortaya  çıxıb  havadarlıq  edirsən.  Ədalətli  insansansa,  ermənilər  30  il  bizlərə  təcavüz  edəndə “qardaş-bacılarına”  ağıl  verəydin.  İndi  seçkiləri  udmaq  üçün  hər  yola  əl atırsan.  Bizim  də  Allahımız  var. Biz  qorxan  deyilik.  Hələ Fransada Azərbaycan  səfirliyinə  edilən  təxribatları  demirəm. Gücün  varsa  döyüş  meydanında  göstər.  Bununla nə edəcəksiniz?  İt  hürər  karvan  keçər-deyiblər. Dəmir  yumruğumuz  yerindədir.  Dincəlməsəniz,  yenə  öz  odunuza  yanacaqsınız.       Arzu  edirəm  ki,  işıqlı  yurdumuzun  uğurları  bol  olsun.  Xalqımız  səbrli  olsun.  Azərbaycan  Bütöv  olsun.  Düşmənin  izi  torpaqlarımızdan  silinsin.Nataliya Yusibova,Xocalı rayon ziyalısı
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi1 il öncə
    İzlənib30 dəfə
    Cənab Prezident Səmərqənd sammitində bildirdi ki Zəngəzur yolu açılandan sonra dünya dövlətləri ilə əlaqə daha da möhkəmlənəcək

    Maraqlı gələ bilər
    53
    105
    41
    34
    110